Daha iki yunan-Roma güləşçimiz dünya çempionatında mübarizəyə qoşulacaq
Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatın ikinci yarış günündə - noyabrın 2-də iki yunan-Roma güləşçimiz mübarizəyə qoşulacaq.

Millimizin üzvü Həsrət Cəfərov (67 kq) Dieqo Martines (Meksika), Ülvü Qənizadə (72 kq) qırğızıstanlı - Liqilik Satimkul ilə qarşılaşacaq.

Xəbər 299 dəfə oxundu.