Dünya çempionatı: Üç boksçumuz dörddəbir finalda mübarizə aparacaq
Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatının dörddəbir final mərhələsinin qarşılaşmalarına start veriləcək.

Bu gün üç boksçumuz rinqə çıxacaq. Belə ki, Sərxan Əliyev (71 kq) Obed Barti (ABŞ), Alfonso Dominqes (86 kq) Şarabutdin Atayev (Rusiya) və Məhəmməd Abdullayev (+92 kq) isə Narenderlə (Hindistan) mübarizə aparacaqlar.

Qeyd edək ki, ölkəmiz dünya çempionatında doqquz boksçu ilə təmsil olunur.

Xəbər 335 dəfə oxundu.