Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti seçilib
Noyabrın 1-də Gənclər və İdman Nazirliyində Azərbaycan Cüdo Federasiyasının növbədənkənar konfransı keçirilib.

Konfransda gənclər və idman naziri Fərid Qayıbov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, eləcə də Olimpiya və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çingiz Hüseynzadə tədbirdə çıxış edərək ölkəmizdə cüdo idmanının inkişafından, federasiyanın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi altında əldə edilən uğurlardan danışıb.

Sonra federasiyanın prezidenti vəzifəsinə seçkilər keçirilib.

Səsvermə nəticəsində Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının prezidenti seçilib.

Konfransda, həmçinin federasiyanın idarə heyətinin yeni tərkibi də müəyyənləşib.

Xəbər 378 dəfə oxundu.