“Grand Swiss-2021” turnirində şahmatçılarımız heç-heçə ediblər
Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin dördüncü turunun oyunları keçirilib.

Bu mərhələdə şahmatçılarımız Rauf Məmmədov Fide təmsilçisi Vladislav Kovalyov, Nicat Abasov avstraliyalı Temur Kuybokarov, Vasif Durarbəyli özbəkistanlı Cavoxir Sindarov, Aydın Süleymanlı serbiyalı Luka Budisavljevic ilə heç-heçə ediblər.

Qeyd edək ki, 4 turun nəticəsinə görə R.Məmmədov, N.Abasov 2, V.Durarbəyli 1,5 xal toplayıb. A.Süleymanlının aktivində isə 0,5 xal var.

İsveçrə sistemi üzrə keçirilən və on bir turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.

Xəbər 309 dəfə oxundu.