Daha iki boksçumuz dünya çempionatında mübarizəyə qoşulur
Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir.

Çempionatın altıncı günündə iki boksçumuz mübarizə aparacaq. Belə ki, yığmamızın üzvləri Malik Həsənov (63,5) Ovannes Baçkov (Ermənistan), Mirşərif Kazımzadə (75 kq) Soma Mesterlə (Macarıstan) qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, ölkəmiz dünya çempionatında doqquz boksçu ilə təmsil olunur.

Xəbər 329 dəfə oxundu.