Para-pauerliftinqçimiz Məhərrəm Qasımov Avropa çempionatında bürünc medal qazanıb
Gürcüstanın Bakuriani şəhərində Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) təşkilatçılığı ilə pauerliftinq üzrə Avropa və dünya çempionatları təşkil olunub.

Azsport.az Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadla xəbər verir ki, təmsilçimiz Məhərrəm Qasımov Avropa çempionatında bürünc medal qazanıb.

Qeyd edək ki, görmə məhdudiyyətli idmançılar arasında təşkil olunan yarışda Azərbaycan ilk dəfə iştirak edib.

Xəbər 465 dəfə oxundu.