Daha iki boksçumuz dünya çempionatında mübarizəyə qoşulur
Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı davam edir.

Dünya çempionatının beşinci günündə daha iki boksçumuz mübarizəyə qoşulur. Belə ki, Tayfur Əliyev (60 kq) Simone Spada (İtaliya), Sərxan Əliyev (71 kq) isə Stefen Nevnslə (Şotlandiya) qarşılaşacaq.

Qeyd edək ki, ölkəmiz dünya çempionatında doqquz boksçu ilə təmsil olunur.

Xəbər 348 dəfə oxundu.