Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində 33 cüdoçumuz iştirak edəcək
Noyabrın 5-7-də Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycanı 33 cüdoçu təmsil edəcək.

Kişilərin yarışında Balabəy Ağayev, Rövşən Əliyev, Əhməd Yusifov, Turan Bayramov (60 kq), İbrahim Əliyev, Orxan Səfərov, İsmayıl İbrahimov, Tofiq Məmmədov (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov, Telman Vəliyev, Rüfət Məmmədov (73 kq), Elcan Hacıyev, Ömər Rəcəbli, Kərim Məmmədov, Hasil Cəfərov (81 kq), Rüfət İsmayılov, Vüqar Talıbov, Məmmədəli Mehdiyev (90 kq), Adil Kərimli, Ruslan Nəsirli (100 kq), Kənan Abdullaxanlı, Uşangi Kokauri, Camal Feyziyev və Hüseyn Məmmədov (+100 kq) mübarizə aparacaqlar.

Qadınların yarışında isə Aişə Qurbanlı, Şəfəq Həmidova (48 kq), Zeynəb Məmmədova, Ülviyyə Bayramova (52 kq), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli və Südabə Ağayeva (70 kq) güclərini sınayacaqlar.

Qeyd edək ki, Bakıdakı “Böyük dəbilqə” turnirində indiyədək 31 ölkədən 200-dən çox cüdoçu iştirakını təsdiqləyib.

Xəbər 417 dəfə oxundu.