Tbilisidə idman jurnalistləri arasında futbol turniri keçirilir
Tbilisidə idman jurnalistləri arasında futbol turniri keçirilir.

Turnir məşhur futbol şərhçisi Köye Maxaradzenin xatirəsinə həsr olunub.

Yarışda ölkəmizi Azərbaycan İdman Jurnalistləri Federasiyasının komandası təmsil edir.

Komandamızın ilk oyunu Kiyev təmsilçiləri ilə olacaq. Təmsilçilərimiz daha sonra Litva və Moldova komandaları ilə üz-üzə gələcəklər.

Gürcüstan İdman Jurnalistləri Federasiyasının təşkil etdiyi yarışda postsovet ölkələrinin komandaları mübarizə aparırlar.

Turnirə oktyabrın 31-də yekun vurulacaq.

Xəbər 374 dəfə oxundu.