Azərbaycan idmançısı qılıncoynatma ümumrusiya yarışında ikinci yeri tutub
Moskva ətrafındakı Novoqorsk şəhərində qılıncoynatma idmanının sablya növü üzrə ümumrusiya yarışı keçirilib.

2021-2022-ci il mövsümünün açılışı hesab edilən yarışda Azərbaycan yığmasının üzvü Anna Başta da iştirak edib. Təmsilçimiz turnirdə uğurla çıxış edərək ikinci yeri tutub. Yalnız moskvalı Svetlana Şevelevadan geri qalan A.Başta Moskva təmsilçiləri Vlada Plexabova və Yevgeniya Podpaskovanı qabaqlayaraq gümüş medala sahib olub.

Xəbər 304 dəfə oxundu.