Formula 1-in sabiq rəhbəri fəaliyyətini Beynəlxalq Xizək İdman Növləri Federasiyasında davam etdirəcək
Formula 1-in sabiq rəhbəri Berni Ekklstoun fəaliyyətini Beynəlxalq Xizək İdman Növləri Federasiyasında (FIS) davam etdirəcək. O bu qurumun rəhbəri Yohan Eliaşın dəvəti ilə məsləhətçi vəzifəsində çalışacaq.

90 yaşlı funksioner əsasən bu federasiyanın marketinq məsələləri ilə məşğul olacaq. Mətbuata açıqlama verən FIS-in prezidenti Y.Eliaş Ekllstonunun Formula 1-in populyarlaşması üçün gördüyü işlərdən heyran olduğunu söyləyib. Onun fikrincə rəhbərlik etdiyi federasiyanın Berni kimi marketinq mütəxəssisinə ehtiyacı var.

Xəbər 310 dəfə oxundu.