Fernando Alonso Formula 1 ilə erkən vidalaşmadığına görə təəssüflənir
“Alpin” komandasının pilotu Fernando Alonso Formula 1 ilə erkən vidalaşmadığına görə təəssüf hissi keçirir.

Fransanın məşhur “Ekip” nəşrinə müsahibə verən ispaniyalı pilot deyib: “Formula 1-də yalnız bir məqama görə özümü günahkar sayıram. Mən “Kral avtoyarışları”nı daha erkən tərk etməli idim. Doğrudur, indi bu haqda danışmaq yersizdir, amma mən gərək 2018-ci ili gözləməməli idim. 2015-ci və ya 2016-cı ildə Formula 1-dən getsəydim, daha əla olardı. Bu itirdiyim iki-üç ildə “Dakar” və ya ralli yarışlarında iştirak etməli idim”.

Xatırladaq ki, 2018-ci ildə Formula 1-dən gedən Fernando Alonso sonradan fikrindən daşınaraq yenidən bu yarışda iştirak etmək qərarına gəlib.

Xəbər 349 dəfə oxundu.