Dünya çempionatında daha iki boksçumuzun rəqibi müəyyənləşib
Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında Azərbaycan yığmasının iki boksçusunun rəqibi müəyyənləşib.

Təmsilçimiz Mirşərif Kazımzadə (75 kq) on altıdabir final çərçivəsində ilk qarşılaşmada Soma Mesterlə (Macarıstan) gücünü yoxlayacaq. İlk mərhələdən azad olan boksçumuz S.Mesterlə oktyabrın 30-da görüşəcək.

Digər boksçumuz Sərxan Əliyev (71 kq) isə on altıdabir finalda Stefen Nevnslə (Şotlandiya) qarşılaşacaq. İlk mərhələdən azad olan boksçumuz S.Nevnslə oktyabrın 29-da qüvvəsini sınayacaq.

Qeyd edək ki, bu gün - dünya çempionatının üçüncü günündə iki boksçumuz mübarizəyə qoşulub. Çempionatda doqquz boksçumuz mübarizə aparır.

Xəbər 330 dəfə oxundu.