Azərbaycanın dörd şahmatçısı “Grand Swiss-2021” turnirində mübarizəyə başlayıb
Oktyabrın 27-də Riqada kişilər və qadınlar arasında nüfuzlu “Grand Swiss-2021” turniri start götürüb.

İsveçrə sistemi üzrə keçiriləcək turnirdə kişilərin yarışında 108, qadınlar kateqoriyasında isə 50 şahmatçı mübarizəyə qoşulub.

Yarışda kişi şahmatçılarımız Rauf Məmmədov, Nicat Abasov, Vasif Durarbəyli, Aydın Süleymanlı iştirak edəcəklər. On bir turdan ibarət turnirin reytinq favoriti ABŞ təmsilçisi Fabiano Karuanadır.
“Grand Swiss-2021” turnirinə noyabrın 7-də yekun vurulacaq.

Xəbər 286 dəfə oxundu.