Taekvondo üzrə məşqçi-müəllimlər üçün seminar təşkil olunub
Oktyabrın 25-27-də taekvondo üzrə məşqçi-müəllimlər üçün seminar təşkil olunub.

Onlayn formatda keçirilən seminar Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov, texniki direktor Oh Kvanq Çeolun rəhbərliyi ilə Etibar İbrahimov, Ramal Camalov, Ələkbər İmaməliyev, Məmməd Abdullayev, Səbuhi Zülfüqarov, Elnur Amanov və Gündüz Abdullayev tərəfindən təşkil edilib.

Seminarın ilk günündə Etibar İbrahimov və Ramal Camalov iştirakçıları poomse, sonrakı günündə Ələkbər İmaməliyev, Məmməd Abdullayev, Səbuhi Zülfüqarov və Elnur Amanov döyüş qaydaları, üçüncü günündə isə Gündüz Abdullayev hakimlik qaydaları ilə tanış ediblər.

Xəbər 329 dəfə oxundu.