Bolqarıstanı Bakıda keçiriləcək dünya çempionatında 3 gimnast təmsil edəcək
Noyabrın 18-21-də Bakıda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı təşkil olunacaq.

İlkin qeydiyyat siyahısına əsasən, 33 ölkə yarışda iştirakını təsdiqləyib.

Artıq Bolqarıstan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb. Belə ki, Bolqarıstanı 3 gimnast - Marian Mixalev, Hristina Peneva və Mariela Peneva təmsil edəcək.

Dörd gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında qaliblər müəyyənləşəcək.

Yarışların ilkin cədvəlinə əsasən, ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Çempionatda hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Xəbər 311 dəfə oxundu.