Azərbaycan boksçuları dünya çempionatında mübarizəyə başlayır | |
Bu gün Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı start götürəcək. 13 gün davam edəcək yarışda Azərbaycanın 9 idmançısı mübarizə aparacaq. İlk yarış günündə 57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov rinqə çıxacaq. Onun rəqibi kubalı Osvel Kaballero Qarsia olacaq. 25 oktyabr 57 kq 1/32 final Ümid Rüstəmov – Osvel Kaballero Qarsia (Kuba) 26 oktyabr 51 kq 1/16 final Məsud Yusifzadə – Enxmandağ Xarxuu (Monqolustan) 63,5 kq 1/32 final Malik Həsənov – Xuan Reyes Donis (Qvatemala) 92 kq 1/32 final Rauf Rəhimov – Luis Uilliams (İngiltərə) 27 oktyabr 60 kq 1/32 final Tayfur Əliyev – Çarles Petit-Homm (Haiti) 86 kq 1/16 final Alfonso Dominqes – Tavfiqulla Suleymani (AİBA) 28 oktyabr +92 kq 1/16 final Məhəmməd Abdullayev – Yonas Yazeviçius (Litva) 29 oktyabr 71 kq 1/16 final Sərxan Əliyev – Stefen Nevns (Şotlandiya)/Luis Da Silva (Braziliya) cütünün qalibi 30 oktyabr 75 kq 1/16 final Mirşərif Kazımzadə - Aaron Prins (Trinidad və Tobaqo)/Soma Mester (Macarıstan) cütünün qalibi Qeyd edək ki, ilk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 boksçu iştirak edəcək. 2 600 000 ABŞ dolları mükafatı fondu olacaq mundialda çempion 100 000 ABŞ dolları qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq. |
|
Xəbər 318 dəfə oxundu. |
|
|