Bosniya və Herseqovinanın kişi paravoleybolçulardan ibarət komandası Avropa çempionu olub
Bosniya və Herseqovinanın kişi paravoleybolçulardan ibarət milli komandası 10-cu dəfə Avropa çempionu olub.

Antalyada keçirilən Avropa çempionatının final matçında Bosniya və Herseqovina ilə Rusiya milli komandaları qarşılaşıb. Setlərdə rəqibindən 25:17, 28:26 və 27:25 hesabı ilə üstün olan Bosniya və Herseqovina komandası oyundan 3-0 qalib ayrılıb.

Qeyd edək ki, sonuncu dəfə 2015-ci ildə Avropa çempionu olan Bosniya və Herseqovina millisi 1999-2015-ci illərdə isə ardıcıl 9 dəfə turnirdən qalib ayrılıb. Son iki çempionatı isə Rusiya komandası qazanıb.

Bosniya və Herseqovina millisi indiyədək Avropa çempionatlarında 10 qızıl, bir gümüş və 2 bürünc medala yiyələnib.

Xəbər 438 dəfə oxundu.