Millimiz bu gün İtaliya yığması ilə qarşılaşacaq
On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün İtaliyada qrupda ikinci oyununu keçirəcək.

Millimiz Bakı vaxtı ilə saat 16:00-da keçirəcək oyunda italiyalı yaşıdları ilə qarşılaşacaq.

Qarşılaşmanı Portuqaliyadan olan hakim idarə edəcək. Matçın baş hakimi Teresa Alice Pimenta Oliveira olacaq. Ona Sara Diana Pereira Alves (Portuqaliya) və Viktoria Finlay (Şimali İrlandiya) kömək edəcəklər. Dördüncü hakim funksiyasını Louise Thompson (Şimali İrlandiya) yerinə yetirəcək.

Millimiz ilk oyununda Norveç yığmasına 0:7 hesabı ilə məğlub olub.

Xəbər 295 dəfə oxundu.