Sərbəst güləşçilərimiz dünya çempionatına Dağıstanda hazırlaşırlar
Noyabrın 1-dən 7-dək Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı keçiriləcək.

Mundialda iştirak edəcək sərbəst güləşçilərimiz oktyabrın 18-dən Dağıstanın Xasavyurt şəhərində yerli pəhləvanlarla birgə təlim-məşq toplanışı keçirlər.

Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan hazırlıq prosesi noyabrın 3-dək davam edəcək.

Qeyd edək ki, sərbəst güləşçilər dünya çempionatında noyabrın 5-dən 7-dək mübarizə aparacaqlar.

Xəbər 316 dəfə oxundu.