Fransa çempionatının oyunu Çində keçirilə bilər
Futbol üzrə Fransa çempionatının 2022-ci ilin fevralında keçiriləcək “Olimpik” (Lion) - “Monako” matçı Çində oynanıla bilər.

Bu barədə “Lequipe” nəşri məlumat yayıb.

Xəbərdə Fransa Peşəkar Futbol Liqasının (LFP) rəhbərliyinin matçın Şanxayda keçirilməsini istədiyi bildirilib.

LFP bununla bağlı FIFA-ya müraciət edib və təsdiq cavabı gözləyir.

Çempionat rəhbərliyinin nə üçün belə addım atdığı açıqlanmayıb.

Xəbər 298 dəfə oxundu.