Banqladeşdə Azərbaycan şahmatçıları çıxışlarını davam etdirirlər
Banqladeşin paytaxtı Dəkkədə xatirə turnirində Azərbaycan şahmatçıları çıxışlarını davam etdirirlər.

3 turun nəticəsinə görə, Vüqar Əsədli, Misrətdin İsgəndərov liderdən yarım xal (2,5 xal) geri qalırlar. Digər təmsilçilərimiz Vüqar Rəsulov 2, Azər Mirzəyev 1,5, Ülvi Sadıqov 1 xal toplayıblar.

Yarışda 102 şahmatçı iştirak edir ki, onlardan da 33-ü qrosmeysterdir.

Oktyabrın 27-dək davam edəcək turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Xəbər 294 dəfə oxundu.