Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri üçün Gürcüstan millisinin heyəti açıqlanıb
Noyabrın 5-7-də Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turniri üçün Gürcüstan komandası heyətini açıqlayıb. Bakıya gələcək yığmalar arasında ən güclü heyətlərdən biri də Gürcüstan komandası olacaq.

Yarışda qonşu ölkəni yalnız kişilərdən ibarət komanda təmsil edəcək. Yığmanın heyətində 12 cüdoçu mübarizə aparacaq. Onların arasında Tokio Olimpiadasının qalibi Laşa Bekauri (90 kq), gümüş medalçıları Luxumi Çxvimiani (60 kq), Vazha Margvelaşvili (66 kq), eləcə də Laşa Havdatuaşvili (73 kq), Guram Tuşişvili (+100 kq), eləcə də, bir sıra nüfuzlu beynəlxalq yarışların qalib və mükafatçıları yer alıblar.

Paytaxtımızda keçiriləcək nüfuzlu yarışda iştirak edəcək Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.

Qeyd edək ki, Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində indiyədək 26 ölkədən 144 cüdoçu iştirakını təsdiqləyib.

Xəbər 317 dəfə oxundu.