Reqbi-7 üzrə Gəncə kuboku yarışı keçiriləcək
Oktyabrın 30-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş reqbi-7 üzrə Gəncə kuboku yarışı start götürəcək.

Yarış Azərbaycan Reqbi Federasiyası, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhər stadionunda baş tutacaq. Noyabrın 2-dək davam edəcək turnirdə 11 komandanın iştirakı nəzərdə tutub.

Mükafatçılara kubok, diplom və medallar veriləcək.

Xəbər 331 dəfə oxundu.