İki boksçumuz Avropa çempionatında bürünc medal qazanıb
Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatının yarımfinal mərhələsinin döyüşlərinə start verilib. Finala vəsiqə üçün Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Boksçularımızdan Nicat Hüseynov (51 kq) üçüncü qarşılaşmada rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Digər təmsilçimiz Kamil Babayev (54 kq) də yarımfinalda büdrəyib və gürcüstanlı Giorgi Sajaya həlledici qarşılaşmaya vəsiqə qazanıb. Nəticədə hər iki boksçumuz Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, final görüşləri oktyabrın 23-də keçiriləcək.


Xəbər 353 dəfə oxundu.