“Azəryol” həndbol klubu Avropa kuboku yarışlarında Yunanıstan təmsilçisi ilə qarşılaşacaq
Qadın həndbolçular arasında Avropa kuboku yarışları davam edir.

Azərbaycan çempionu “Azəryol” mübarizəyə yarışın ikinci mərhələsindən qatılacaq.

Paytaxt təmsilçisi bu mərhələdə Yunanıstanın “Aeppanorama” komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər iki oyun Salonikidə təşkil olunacaq.

Oktyabrın 23-də və 24-də keçiriləcək görüşlər gərgin idman mübarizəsi vəd edir. İki oyunun nəticəsinə əsasən, yoluna davam edəcək komanda turnirin üçüncü təsnifat mərhələsinə vəsiqə qazanacaq. Bu səddi adlayacaq klublar isə pley-off görüşlərində qüvvələrini sınayacaqlar.

Xəbər 367 dəfə oxundu.