"Səbail"in sabiq futbolçusu Qana tarixinin rəmzi komandasında yer alıb | |
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Qana futbol tarixinin rəmzi komandasını açıqlayıb. Heyətdə Bakının "Səbail" klubunun sabiq futbolçusu Maykl Essyen də yer alıb. Heyətə qapıçı - Robert Mensah, müdafiəçilər - Emmanuel Ofei Ansah, Samuel Kuffur, Ceyms Dadzi, Kvadvo Asamoa, yarımmüdafiəçilər - Maykl Essyen, Abedi Pele, Karim Razak, Məhəmməd Polo, İbrahim Sandi və hücumçu Toni Yeboanın adı daxil edilib. Qeyd edək ki, M.Essyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək Bakı klubunun heyətində çıxış edib. Futbolçu "Səbail"dən ayrıldıqdan sonra karyerasını bitirib. |
|
Xəbər 308 dəfə oxundu. |
|
|