Yevlaxın “Karvan” futbol klubu fəaliyyətini bərpa edib
Futbol üzrə Region Liqasında çıxış edəcək daha bir klubun adına aydınlıq gəlib.

Yevlaxın “Karvan” klubu çempionatda iştirak edəcək. Bu haqda informasiyanı Region Liqasının rəsmi feysbuk səhifəsi yayıb.

Məlumat “Əfsanəvi “Karvan” geri döndü” başlığı ilə paylaşılıb.

Xəbər 588 dəfə oxundu.