Formula 1 Səudiyyə Ərəbistanı Qran-Prisinin biletləri satışa çıxarılıb
Formula 1 Səudiyyə Ərəbistanı Qran-Prisinin biletləri satışa çıxarılıb.

Yarışın təşkilatçıları biletlərin əvvəlcədən planlaşdırıldığı kimi 40 deyil, 100 faiz satışının həyata keçiriləcəyini bildiriblər.

Qeyd edək ki, dekabrın 3-5-də krallıqda ilk dəfə keçiriləcək Formula 1 dünya çempionatının 21-ci mərhələsi dünyanın ən uzun məsafəli və sürətli şəhər halqasında baş tutacaq. Belə ki, 6175 kilometr uzunluğunda olan Ciddə şəhər halqası pilotlara sürəti saatda 322 kilometrə çatdırmağa imkan verəcək. Qırmızı dənizin sahilləri boyu uzanan trasda yürüşün axşam saatlarında, neon işıqları fonunda keçirilməsi nəzərdə tutulur. Şəhər halqasının dizaynı “Tilke Engineers” və F1-in mühəndislik şöbəsi tərəfindən tərtib olunub. Layihədə trasın ətraf yollarla kəsişməsi istisna edilib və bu, sürəti maksimum həddə çatdırmağa imkan verir. Bu səbəbdən Ciddə halqası şəhər trasları arasında ən orijinalıdır.

Xəbər 341 dəfə oxundu.