Avropa çempionatı: Azərbaycan millisinin daha bir boksçusu dörddəbir finala yüksəlib
Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatı davam edir. Yarışın dördüncü günündə Azərbaycan millisinin daha bir üzvü dörddəbir finala yüksəlib.

Boksçumuz Kamil Babayev (54 kq) Krobeddu Fabionu (İtaliya) 5:0 hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında belaruslu Vladislav Smalovski ilə üz-üzə gələcək.

K.Babayevdən fərqli, Zaur Qəhrəmanov (60 kq) Slavador Floresə (İspaniya), Qulu Quliyev (63,5 kq) Andrey Mustetə (Rumıniya) uduzaraq yarışla vidalaşıblar.

Qeyd edək ki, oktyabrın 20-də baş tutacaq dörddəbir final mərhələsi çərçivəsində yığmamızın 5 boksçusu rinqə çıxacaq.

Xəbər 286 dəfə oxundu.