“Yablonets” – “Randers” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin oyunları çərçivəsində keçiriləcək “Yablonets” (Çexiya) – “Randers” (Danimarka) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Matç oktyabrın 21-də Çexiyada keçiriləcək.

Xəbər 278 dəfə oxundu.