Samboçularımız dünya birinciliyində 6 medal qazanıblar
Yunanıstanın Saloniki şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında dünya birinciliyi keçirilib.

Yarışda ölkəmizi 12 idmançı təmsil edib.

Dünya birinciliyinin yekun nəticələrinə görə, samboçumuz Sahib Babayev (53 kq) gümüş medal qazanıb.

Komandamızın digər üzvləri Əli Hacıyev (58 kq), Rəsul Aydəmirov (98 kq), Məhəmməd Məmmədzadə (+98 kq), Kamran Qasımov (71 kq), Adil Adilzadə (88 kq) bürünc medal əldə ediblər.

Xəbər 448 dəfə oxundu.