Nazir “Böyük dəbilqə” turnirinin qalibini təbrik edib
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan cüdoçusu Balabəy Ağayevi Fransanın paytaxtı Parisdə keçirilən “Böyük dəbilqə” turnirində qızıl medal qazanması münasibətilə təbrik edib.

Nazir bu barədə feysbuk profilindəki paylaşımında bildirib.

Fərid Qayıbov 60 kq çəki dərəcəsində turnirin qalibi adını qazanan idmançıya gələcək məşqlərində və uğurlu karyerasında yeni nailiyyətlər arzulayıb.

Nazir Balabəy Ağayevdən eyni nəticəni 2024-cü ildə Paris olimpiadasında da gözlədiklərini vurğulayıb.

Xəbər 357 dəfə oxundu.