Azərbaycan Premyer Liqasının VII turuna start verilib
Oktyabrın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.

Günün ilk oyununda “Səbail” klubu öz meydanında “Keşlə”ni qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki qollar ikinci hissədə vurulub.

Matçın 68-ci dəqiqəsində Tərlan Quliyev cərimə zərbəsindən hesabı açaraq “Keşlə”ni hesabda önə çıxarıb. Üç dəqiqə sonra Rauf Əliyev bərabərlik qoluna imza atıb. Qarşılaşmanın 81-ci dəqiqəsində isə Anatole Abanq “Keşlə”yə qələbə qazandıran qolu vurub.

Bu nəticədən sonra xallarının sayını 7-ə çatdıran “Keşlə” klubu “Sumqayıt”la birlikdə 5-6-cı yerləri bölüşürlər. “Dənizçilər” isə 6 xalla 7-ci pillədədir.

Günün digər matçında “Qəbələ” klubu "Zirə" ilə üz-üzə gəlir.

Tura isə oktyabrın 17-də oynanılacaq "Sumqayıt" - "Neftçi" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Xəbər 328 dəfə oxundu.