Formula 1: 2022-ci il mövsümündə 6 sprint yarış keçiriləcək
Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Formula 1 üzrə növbəti iclası keçirilib.

Komissiya növbəti mövsümlə bağlı bir sıra dəyişikliklər barədə razılığa gəlsə də, amma bunlar hələ ictimaiyyətə açıqlanmayıb.

Məlumatda bildirilir ki, 2022-ci il mövsümündə 6 sprint yarışının keçirilməsi planlaşdırılır.

Yağış səbəbindən dayandırılan Belçika Qran-Prisi ilə əlaqədar idman qaydalarında mümkün dəyişikliklər də nəzərdən keçirilib.

Xəbər 315 dəfə oxundu.