Azərbaycan voleybolçusu Şəfaqət Alışanova karyerasını Yunanıstanda davam etdirəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Şəfaqət Alışanova karyerasını ölkə xaricində davam etdirəcək.

30 yaşlı toppaylayıcı Yunanıstanın “Porfiras” klubu ilə müqaviləni rəsmiləşdirib. Voleybolçu ilə birillik müqavilə imzalanıb.

Ş.Alışanova artıq Yunanıstan çempionatında debüt də edib. Voleybolçumuzun komandası “Lamia”nın qonağı olub və 1:3 hesablı məğlubiyyətə üzülüb.

Qeyd edək ki, voleybolçumuz Macarıstan və Polşada da legioner həyatı yaşayıb.

Xəbər 309 dəfə oxundu.