Maks Ferstappen cari mövsümdə yarış lideri olaraq dövrələrin sayında bütün pilotları qabaqlayır
Formula 1 komandası “Red Bull”un pilotu Maks Ferstappen 2021-ci il mövsümündə yarış lideri olaraq 469 dövrə vurub. Niderlandlı pilot bu göstəriciyə görə digər yarışçıları qabaqlayır.

Bu barədə xarici KİV məlumat yayıb.

M.Ferstappenlə yanaşı, 10 pilot bu mövsüm yarışların lideri olub. Belə ki, Luis Hamilton, Valtteri Bottas, Karlos Sayns, Şarl Lekler, Esteban Okon, Serxio Peres, Lando Norris, Daniel Rikkardo, Sebastyan Fettel və Fernando Alonso 465 dövrədə lider olublar.

Xəbər 291 dəfə oxundu.