Paralimpiya çempionu dopinqə görə cəzalanıb | |
Beynəlxalq Paralimpiya Komitəsi (IPC) nigeriyalı pauerliftinqçi Pol Kehindeni anti-dopinq qaydalarını pozduğuna görə cəzalandırıb. 33 yaşlı paralimpiyaçı orqanizmində diuretiklər, hidroxlorotiazid və amilorid aşkarlanığı üçün 30 aylıq diskvalifikasiya olunub. Onun cəzası 2020-ci ilin martından hesablanacaq. Qeyd edək ki, Pol Kehinde 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarının qalibidir. |
|
Xəbər 445 dəfə oxundu. |
|
|