Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi “Minçanka Minsk” – “Olimpiakos Piraeus” oyununa təyinat alıb
Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının (AVF) beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana növbəti dəfə etimad göstərilib.

Azsport.az AVF-yə istinadla xəbər verir ki, M.Frişman Belarusun paytaxtı Minskdə qadın voleybolçular arasında Çempionlar Liqasının ikinci raundunun “Minçanka Minsk” – “Olimpiakos Piraeus” (Yunanıstan) oyununda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Oktyabrın 14-də “Uruçye” İdman salonunda keçiriləcək qarşılaşmanın hakimləri ukraynalı Andrii Kovalçuk və rusiyalı Alexander Ryabtsov olacaqlar.

Qeyd edək ki, komandalar arasında Yunanıstanda təşkil olunan oyun “Olimpiakos Piraeus”un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər 318 dəfə oxundu.