Azərbaycan güləşçisi Murad Məmmədov dünya çempionatında bürünc medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) Norveçin payataxtı Osloda keçirilən dünya çempionatda bürünc medal qazanıb.

Güləşçimiz ilk mərhələdə Macarıstandan olan həmkarını üstələyib. Həmyerlimiz daha sonra qazaxıstanlı rəqibi üzərində inamlı qələbə qazanıb. M.Məmmədov dörddəbir finalda Yaponiya güləşçisinə "tuşe" ilə qalib gələrək dünya çempionatının yarımfinalına yüksəlib. Finalın bir addımlığında təmsilçimiz qırğız güləşçiyə uduzub. Güləşçimiz oktyabrın 9-da Belarus təmsilçisinə qalib gəlməklə dünya üçüncüsü olub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıblar. Qadın güləşçilər yarışı medalsız bitiriblər. Yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal əldə ediblər.

Xəbər 389 dəfə oxundu.