Formula 1: İmola 2025-ci ilədək müqavilə imzalamağa hazırdır
Emiliya-Romanya regionunun rəhbəri Stefano Bonaççini Enzo və Dino Ferrari adına trasın 2025-ci ilədək Formula 1 mərhələlərinə ev sahibliyi etməsi ilə bağlı razılığın əldə edildiyini bildirib.

Stefano Bonaççini İmoladakı iki eksperiment xarakterli Qran-Pridən sonra yarışın müntəzəm keçirilə biləcəyini qeyd edib. O, vurğulayıb ki, İmola 2025-ci ilədək müqavilə imzalamağa hazırdır.

Qeyd edək ki, İmoladakı yarış Formula 1 pandemiya səbəbindən Avropa mərhələlərinin sayını artırmaq məcburiyyəti səbəbindən təqvimə qayıdıb.

Xəbər 419 dəfə oxundu.