Azərbaycan - Qırğızıstan oyununda qalib müəyyənləşməyib | |
Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində oktyabrın 8-də Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirib. Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Qəbələdə keçirilən oyun 1:1 hesablı heç-heçə başa çatıb. Hüseyn Babayevin 45-ci dəqiqədə qırmızı vərəqə aldığı oyunda millimizin qolunu Ege Bilsel vurub. Oktyabrın 11-də bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək. |
|
Xəbər 315 dəfə oxundu. |
|
|