Azərbaycan mənşəli Rusiya idmançısı boks üzrə dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan mənşəli Rusiya idmançısı Xanım Vəliyeva boks üzrə dünya çempionatında bürünc medal qazanıb.

Oslo şəhərində keçirilən yarışlarda 68 kq çəki dərəcəsində çıxış edən Vəliyeva üçüncü yer uğrunda mübarizədə kanadalı Oliviya di Bakkoya 2:1 hesabı ilə qalib gəlib.

Xanım Vəliyeva Krasnoyarskda doğulub. Uşaq yaşlarından güləşlə məşğuldur. Krasnoyarskdakı D.Q.Mindiaşvili adına Güləş Akademiyasını təmsil edir.

X.Vəliyeva 2020-ci ilin Avropa çempionu, sərbəst güləş üzrə Rusiya birinciliklərinin çempionu və mükafatçısı, Rusiyanın beynəlxalq dərəcəli idman ustası, ölkənin yığma komandasının üzvüdür.

Xəbər 318 dəfə oxundu.