UEFA Mahir Emrelinin “Lester”ə vurduğu qolu fərqləndirib
UEFA Avropa Liqasının rəsmi Tviter hesabı Polşanın “Legiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin qolunu paylaşıb.

Varşava təmsilçisinin iki oyuna 2 qələbə qazandığını xatırladan qitə futbol qurumu 24 yaşlı hücumçunun turnirin qrup mərhələsinin ikinci turunda evdə İngiltərə “Lester”inə vurduğu qolu fərqləndirib.

Səhifə, həmçinin "Qarabağ"ın futbolçusu Kadi Borgesin Kiprdə “Omoniya”ya 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin ikinci tur oyunundakı ilk qolunu yayımlayıb. UEFA bu qolun 10 ballıq şkala ilə qiymətləndirilməsini istəyib.

Xəbər 310 dəfə oxundu.