Daha üç yunan-Roma güləşçimiz dünya çempionatında mübarizəyə başlayır
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Çempionatın yeddinci yarış günündə - oktyabrın 8-də 60, 97 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Millimizin 3 üzvü bu gün xalça üzərinə çıxacaq. Belə ki, Murad Məmmədov (60 kq) macarıstanlı Kriştian Keçkemeti, Murad Lokyayev (97 kq) İsveç təmsilçisi Pontus Lund, Beka Kandelaki (130 kq) isə Stepan David (Çexiya) ilə qarşılaşacaq.

Xatırladaq ki, dünya çempionatında sərbəst güləşçilərimizdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıblar. Qadın güləşçilər isə yarışı medalsız başa vurublar.

Xəbər 314 dəfə oxundu.