Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Velosiped İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
Oktyabrın 7-də Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Velosiped İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub. Velosiped idmanı üzrə yığma komanda üzvləri ilə, eləcə də paravelosipedçilərlə görüşüb, onların problemləri ilə maraqlanıb, məşq proseslərini izləyib.

Fərid Qayıbov Velosiped Federasiyasında və Respublika Velotrekində yaradılmış şəraitlə də maraqlanıb. Federasiyanın nəzdindəki muzeyə baxıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə federasiyanın baş katibi Fərhad Əliyev, yığma komandanın baş məçqçisi Əbülfəz Məmmədov iştirak ediblər.

Xəbər 378 dəfə oxundu.