Boksçularımız dünya çempionatına hazırlığı davam etdirirlər
Kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir.

Boks Mərkəzində təşkil olunan məşqlər Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Dünya çempionatı 13 çəki dərəcəsində keçiriləcək. Məşqçilər korpusu yarışa 1 həftə qalmış heyəti müəyyənləşdirəcək.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 24-dən noyabrın 6-dək davam edəcək.

Xəbər 301 dəfə oxundu.