İki qadın güləşçimiz dünya çempionatında mübarizəyə qoşulur
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Dördüncü yarış günündə - oktyabrın 5-də 50, 53, 65 və 76 kiloqram çəki dərəcələrində çıxış edən qadın güləşçilər mübarizəyə qoşulublar.

Millimizin iki üzvü də xalça üzərinə çıxacaq. Belə ki, Türkan Nəsirova (50 kq) Nataliya Varakina (Belarus), Elis Manolova (65 kq) fransalı Kumba Larrokye ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın iki sərbəst güləşçisi - Osman Nurməhəmmədov (92 kq) və Abubakr Abakarov (86 kq) bürünc medala yiyələnib.

Xəbər 308 dəfə oxundu.