Azərbaycan millisi Moskvada Karate1 Premyer Liqasında 3 bürünc medal qazanıb
Azərbaycan karateçiləri Moskvada Karate1 Premyer Liqasında 3 bürünc medal qazanıblar.

Təmsilçilərimiz Pənah Abdullayev (84 kq), Asiman Qurbanlı (+84 kq) və İrina Zaretska (68 kq) üçüncü yeri tutublar.

Moskvadakı nüfuzlu turnirdə 55 ölkədən 441 karateçi iştirak edib. Mövsümün son liqa turnirindən sonra kişi və qadın karateçilər noyabrda Dubayda dünya çempionatında iştirak edəcəklər.

Xəbər 394 dəfə oxundu.