Futzal üzrə Portuqaliya millisi tarixində ilk dəfə dünya çempionu olub
Futzal üzrə Portuqaliya millisi Litvada təşkil olunan dünya çempionatının qalibi olub.

Həlledici görüşdə Argentina yığması ilə qarşılaşan Portuqaliya millisi 2:1 hesabı ilə qalib gəlib. Portuqaliya millisinin heyətində Pani Varela dubl edib. Argentina seçməsinin qolunu isə Anxel Klaudino vurub.

Üçüncü yer uğrunda görüşdə isə Braziliya millisi Qazaxıstan yığmasından üstün olub – 4:2.

Qeyd edək ki, Portuqaliya millisi tarixində ilk dəfə dünya çempionu olub.

Xəbər 317 dəfə oxundu.